Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Turun görüşləri dörd günü əhatə edəcək. Oyunlar sentyabrın 11-də, 12-də, 13-də və 14-də baş tutacaq. Yevlaxda start götürəcək tura Sumqayıtda yekun vurulacaq.
PFL-in açıqlamasında o da vurğulanır ki, Premyer Liqanın ilk 4 turunda tətbiq olunan süni işıqlandırma sistemi olmayan stadionlarda oyun keçirilməsi qadağası 5-ci turdan etibarən başa çatdığına görə “İmişli”nin Yevlax şəhər stadionundan, “Araz-Naxçıvan”ın isə Şamaxı şəhər stadionundan istifadə etməsinə icazə verilib.
Premyer Liqa
5-ci tur
11 sentyabr
“İmişli” – “Neftçi”
Yevlax şəhər stadionu, 16:30.
12 sentyabr
“Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu, 17:30.
“Sumqayıt” – “Şamaxı”
“Sumqayıt Arena”, 19:45.
13 sentyabr
“Araz-Naxçıvan” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 16:30.
“Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu, 19:00.
14 sentyabr
“Şəfa” – “Sabah”
“Sumqayıt Arena”, 19:00.


