Premyer Liqa təmsilçisi “Kəpəz” heyətini Kosovo milli komandasının da üzvü olan mərkəz müdafiəçisi David Domqyoni ilə gücləndirib.
Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
“Kəpəz” 29 yaşlı futbolçu ilə bağlı müqavilənin müddəti və digər detalları barədə məlumat verməyib.
Müdafiəçinin sonuncu klubu İsrailin “Hapoel” (Yerusəlim) komandası olub. O, bu yay sözügedən klubdan ayrılandan bəri azad agent kimi özünə yeni iş yeri axtarırdı. David “Hapoel”in heyətində cəmi 21 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Domqyoni “Manisa”, “Menemenspor”, “Laçi”, “Partizani”, “Tirana”, “Liriya”, “Kastrioti”, “Lütsern”, “Termalika”, “Tobol” kimi klubların da formasını geyinib.
Vaxtilə Albaniyanın U-17 və U-19 yığmalarında oynamış David Domqyoni 2021-ci ildən Kosovo millisində çıxış etməyə başlayıb. O, bu komandanın heyətində 3 oyun keçirib.


