Bu gün keçirilmiş oyunlarla Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Şəki” doğma meydanda “Ağdaş”a, “Qaradağ Lökbatan” isə “Hypers”ə qalib gəlib. “Şirvan” da “Kür-Araz”la ev oyununda darmadağına imza atıb.
Yeni mövsümün 1-ci turunun qalan görüşləri sentyabrın 2-də keçiriləcək.
İkinci Liqa
1-ci tur
1 sentyabr
“Şəki” – “Ağdaş” 4:2
Qollar: Vasif Nəsirov, 32-öz qapısına. Luka Beraşvili, 49. Tural Məmmədzadə, 61; 72 – Nail Təhməzli, 25. Elçin Süleymanov, 75.
Hakimlər: Samir Musayev, Ağadur Mahmudov, Elvin Mədətov, Elçin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Qaradağ Lökbatan” – “Hypers” 2:1
Qollar: Əjdər Hacılı, 14. İsa Zeynallı, 38-pen. – Ceyhun Rəcəbli, 70.
Hakimlər: Nahid Xasıyev, Rizvan Süleymanov, Təhmin Cəlilbəyli, Nəriman Ağayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Şirvan” – “Kür-Araz” 6:1
Qollar: Amil Yunanov, 17-pen; 37. Mehman Məsimov, 55. Çingiz Məmmədov, 77. Qədir Həsənov, 85. Cavid Əliyev, 87 – Bayram Əliyev, 41.
Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Samir Cabbarov, Sənan Bayramzadə.
Hakim-inspektor: Anar Salmanov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
2 sentyabr
“Difai” – “Dinamo”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Mehdi Yusifov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.
“Zəngəzur” – “Ağstafa Gəncləri”
Hakimlər: Hacıağa Həsənov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Vaqif Vəliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
Binə qəsəbə stadionu, 17:00.
“Şəmkir” – “Marafon”
Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Sadiq Əliyev, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.


