Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, Elxan Abdullayevin çalışdırdığı komandamız moldovalı həmyaşıdları ilə qarşılaşıb.
Moldovadan olan hakimlərin idarə etdiyi oyunda hesabı Azərbaycan millisi açıb. 26-cı dəqiqədə Xəyal Əliyev rəqib qapısına yol tapıb. Lakin komandamız bu üstünlüyü 84-cü dəqiqədə əldən verib. Beləcə, tərəflər meydanı heç-heçə ilə tərk ediblər.
Bu komandalar arasında iyunun 6-da daha bir oyun keçiriləcək. Millimiz bundan öncəki sınaq matçında Belarusla səfərdə qolsuz heç-heçəyə razılaşmışdı.
Yoxlama oyunu
4 iyun
Moldova – Azərbaycan 1:1
Qol: Daniel Muntean, 84 – Xəyal Əliyev, 26.
Moldova: 23. Andrey Filipov, 2. Vico Bulmaga (k), 4. Adrian Hatman, 6. Roman Scurtul, 7. İlie Botnari, 9. Vlas Aleksandru, 10. Vladimir Flatea, 14. Vlad Raileanu, 15. Vladislav Zavalisca, 17. Aleks Macovei, 21. Pavel Cucereavenco (19. Vitalie Dumbrava, 87).
Ehtiyat oyunçular: 1. Sergey Savocica, 12. Viktor Dodon, 3. Gabriel Holban, 5. Kristian Aksenti, 8. Vasile Bitlan, 11. Sorin Chele, 13. Andrey Arabadji, 16. Daniel Dosca, 18. Daniel Muntean, 20. Daniel Vidraşcu, 22. Dmitri Pogreban.
Baş məşqçi: Sergey Secu.
Azərbaycan: 1. Eldar Tağızadə, 6. Ülvi Mədətov, 8. Rauf Rüstəmli (k), 10. Musa Musazadə (9. Mehrac Baxşəli, 46), 13. Nikita Pesotski (5. Mirəli Əhməov, 60), 14. Hüseyn Babayev (4. Cəlal Hüseynov, 67), 16. Vüsal Qənbərov (21. Taleh Qarayev, 46), 20. Nihad Ağayev, 23. Xəyal Əliyev (17. Kamal Kazımov, 67), 24. Mahmud Ağayev, 25. Yusuf Oral (19. Berkay Vardar, 46).
Ehtiyat oyunçular: 12. Amin Ramazanov, 7. Gülağa Əsədov, 11. Mirmövsüm Canıyev, 15. Rəşad Həsənov, 18. Zöhrab Əsədov.
Baş məşqçi: Elxan Abdullayev.


