Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində bu gün daha bir yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, U-19 bu dəfə də moldovalı həmyaşıdları ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, bu komandalar arasında iyunun 4-də keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. Azərbaycan millisi daha öncə Belarusla səfərdə qolsuz heç-heçəyə razılaşmışdı.
Yığmamız Moldovaya qarşı bu heyətlə mübarizə aparıb:
Azərbaycan: 12. Amin Ramazanov, 4. Cəlal Hüseynov (k), 5. Mirəli Əhmədov, 7. Gülağa Əsədov (8. Rauf Rüstəmli, 46), 9. Mehrac Baxşəli, 10. Musa Musazadə (16. Vüsal Qənbərov, 70), 15. Rəşad Həsənov, 18. Zöhrab Əsədov, 20. Nihad Ağayev, 23. Xəyal Əliyev (17. Kamal Kazımov, 81), 24. Mahmud Ağayev (26 Yusuf Oral, 70).
Ehtiyat oyunçular: 1. Eldar Tağızadə, 6. Ülvi Mədətov, 11. Mirmövsüm Canıyev, 13. Nikita Pesotski, 14. Hüseyn Babayev, 19. Berkay Vardar, 21. Taleh Qarayev.
Baş məşqçi: Elxan Abdullayev.


