Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündəki ilk oyununu keçirəcək.
Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz səfərdə Litva yığması ilə üz-üzə gələcək.
Sözügedən komandalar Kaunas şəhərindəki Styaponas Daryus və Stasis Girenas adına stadionda qarşılaşacaqlar. Oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Menelaos Antoniu olacaq. Ona yan xətt hakimləri Pavlos Georgiu və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək. VAR hakimi Marios Kristoforu, VAR köməkçi hakim isə Dimitris Solomu olacaq.
Bu, millimizin yeni mövsümdəki ilk sınağı olacaq. Litvalılar isə bir neçə gün öncə səfərdə Lixtenşteyn üzərində 2:0 hesablı qələbəyə seviniblər.
Əvəzində Azərbaycan millisi bu oyundan öncə yoxlama görüşündə qüvvəsini sınayıb. Komandamız Bakıda qarşılaşdığı Tacikistan yığmasına 1:0 hesabıyla qalib gəlib.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
27 sentyabr
17:00. Litva – Azərbaycan
Hakimlər: Menelaos Antoniu, Pavlos Georgiu, Eraklis Komodromos, Konstantinos Fellas (hamısı Kipr).
Kaunas. Styaponas Daryus və Stasis Girenas adına stadion.


