Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “Qəbələ” “Karvan”la yoxlama matçı keçirib.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.
Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar. Matç qolsuz başa çatıb – 0:0.
“Qəbələ” fasilə dönəmində daha bir yoxlama oyunu keçirəcək. Sözügedən komanda növbəti yoxlama oyununu oktyabrın 3-də Yaponiyanın 20 yaşlı futbolçulardan ibarət komandasına (U-20) qarşı keçirəcək. Əyalət təmsilçisi Premyer Liqanın geridə qalmış 6 turundan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb. Komanda bu oyunlarda 1 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət görüb.
“Karvan” isə bu mövsüm Birinci Liqada mübarizə aparır. Əyalət təmsilçisi 3 oyuna topladığı 6 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda 2 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb.


