Xavi: “Düzünü desək, oyun keyfiyyətimizi yaxşılaşdırmalıyıq”

Niderland millisinin baş məşqçisi Xavi Ernandes UEFA Millətlər Liqasının 2-ci turunda Serbiya üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib.

Arena.az xəbər verir ki, bu, ispaniyalı mütəxəssisin Niderland yığmasının sükanı arxasında ilk qələbəsi olub.

Buna baxmayaraq, Xavi komandasının oyunundan tam razı qalmadığını bildirib:

“Düzünü desək, oyunumuzun keyfiyyətini yaxşılaşdırmalıyıq. Buna baxmayaraq, futbolçuların nümayiş etdirdiyi əzm və fədakarlıq məni sevindirir və razı salır”, – deyə Xavi vurğulayıb.

Serbiya millisinin baş məşqçisi Velko Paunoviç də qarşılaşmadan sonra komandasının çıxışını dəyərləndirib:

“Düşünürəm ki, nəticə bizim üçün daha əlverişli ola bilərdi. Əvvəlcə Niderland millisinin qələbəsi münasibətilə onları təbrik etmək, həmçinin futbolçularıma göstərdikləri fədakarlığa görə təşəkkür etmək istəyirəm. Onlar meydanda bütün güclərini ortaya qoydular.

İlk oyunla müqayisədə nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə etdik. Sonadək azarkeşlərimizi sevindirə biləcəyimizə inanırdım. Bu dəfə Yunanıstanla oyundan daha çox azarkeş stadionda idi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: