Hazırda Fransanın “Lill” klubunun formasını geyinən yarımmüdafiəçi İtan Mbappe UEFA tərəfindən 3 oyunluq diskvalifikasiya edilib.
Arena.az xəbər verir ki, 19 yaşlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda İspaniyanın “Betis” komandasınna qarşı keçirdikləri matçda birbaşa qırmızı vərəqə alıb.
Mbappe rəqib komandanın müdafiəçisi Natana dirsəklə zərbə endirib. Baş hakim Georgi Kabakov epizodu VAR vasitəsilə izlədikdən sonra fransalı futbolçunu meydandan kənarlaşdırıb.
Diskvalifikasiya səbəbindən İtan “Arsenal” (İngiltərə), “Qalatasaray” (Türkiyə) və “Bodo Qlimt” (Norveç) komandalarına qarşı keçiriləcək Çempionlar Liqası matçlarında iştirak etməyəcək.
Xatırladaq ki, “Lill” – “Betis” matçı La Liqa kollektivinin 3:2 hesablı qələbəsi ilə bitmişdi. Mbappe bu matçın 56-cı dəqiqəsində braziliyalı müdafiəçi Natana dirsəklə zərbə endirdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmışdı. Hakim videoassistentin müdaxiləsindən sonra 19 yaşlı vingeri meydandan qovmaq qərarına gəlmişdi.
İtan Mbappe PSJ-nin yetirməsidir və 2024-cü ilin yayından “Lill”də çıxış edir. O, Fransa millisinin kapitanı, dünya çempionatları tarixində ən məhsuldar futbolçu və İspaniyanın “Real” klubunun hücumçusu Kilian Mbappenin kiçik qardaşıdır.


