Azərbaycan – Lixtenşteyn matçı Çoçirkaya tapşırıldı

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununun hakimləri bəlli olub.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, D Liqasının 2-ci qrupunun qarşılaşması Avstriyadan olan ədalət təmsilçilərinə tapşırılıb.

Oyunu FIFA referisi Kristian Petru Çoçirka idarə edəcək. Ona yan xətt hakimləri Maksimilian Vays və Maykl Obritsberger kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şafak Barmaksız yerinə yetirəcək. VAR-da Manuel Şüttenqruber, AVAR-da Aleksander Harkam əyləşəcəklər.

Xatırladaq ki, millimizin Lixtenşteynlə oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.

UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup

1 oktyabr

20:00. Azərbaycan – Lixtenşteyn
Baş hakim: Kristian-Petru Çoçirka (Avstriya).
Yan hakimlər: Maksimilian Vays, Maykl Obritsberger (Avstriya).
Dördüncü hakim: Şafak Barmaksız (Avstriya).
VAR hakimi: Manuel Şüttengruber (Avstriya).
AVAR hakimi: Aleksander Harkam (Avstriya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: