Röyal Nəcəfov futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Xankəndi” komandasının yeni baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, gənc mütəxəssis 2026/2027-ci illər mövsümünün sonuna qədər bu vəzifəni icra edəcək. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Zaur Hacıyevi əvəz edib.
Xatırladaq ki, Zaur Hacıyev bu ilin yanvar ayından bölgə təmsilçisinə rəhbərlik edirdi. Röyal Nəcəfov isə bu yaya qədər formasını geyindiyi “Baku Sportinq”dən ayrılandan sonra futbolçu karyerasını bitirib və bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək.
“Xankəndi” Birinci Liqada cari mövsümün geridə qalmış hissəsində 3 oyun keçirib, 1 heç-heçə və 2 məğlubiyyət görüb. Qələbəyə həsrət olan komanda 1 xalla 7-ci pillədə qərarlaşıb.


