Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, üç günü əhatə edəcək turun görüşləri oktyabrın 23-də, 24-də və 25-də keçiriləcək.
O da vurğulanır ki, 9 oktyabrda “Dalğa Arena” stadionunda Peşəkar Futbol Liqası tərəfindən yekun baxış və uyğunluğun təsdiqlənmə prosesi həyata keçiriləcək. Hər şey yolunda gedərsə, “Sabah” “Qarabağ”ı məhz bu arenada qəbul edəcək.
Premyer Liqa
9-cu tur
23 oktyabr
“Araz-Naxçıvan” – “Qəbələ”
Şamaxı şəhər stadionu, 15:00.
“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, 19:00.
24 oktyabr
“Şəfa” – “Kəpəz”
“Sumqayıt Arena”, 16:30.
“Neftçi” – “Turan Tovuz”
“Netçi Arena”, 19:00.
25 oktyabr
“İmişli” – “Şamaxı”
Yevlax şəhər stadionu, 15:00.
“Sabah” – “Qarabağ”
Bakı. “Dalğa Arena”, 18:00.


