Futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 5-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
5-ci turun görüşləri oktyabrın 15-də və 16-da keçiriləcək. İlk oyun günündə üç, sonuncu gündə iki qarşılaşma baş tutacaq. Turun bütün görüşlərinə saat 15:00-da start veriləcək.
Birinci Liqa
5-ci tur
15 oktyabr
“Zaqatala” – “Səbail”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Xankəndi” – “Şahdağ Qusar”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Mingəçevir” – “Şimal”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.
16 oktyabr
“Baku Sportinq” – MOİK
“Baku Sportinq Arena”, 15:00.
“Karvan” – “Gəncəbasar”
Yevlax şəhər stadionu, 15:00.


