Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqada 5-ci turun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
İkinci Liqa, 5-ci tur
“Zəngəzur”– “Kür-Araz” oyunundan əvvəl “Zəngəzur” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə sözügedən klub 150 manat cərimə edilib.
“Şəki”– “Hypers” oyununda “Şəki”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.
“Şəmkir”– “Şirvan” oyununda “Şəmkir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Bu oyuna Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Şəmkir” 200 manat cərimə ödəyəcək. “Şəmkir”in həkimi olmadığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə sözügedən klub daha 200 manat cərimə ödəyəcək. “Şirvan”da 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.


