Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 7-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Üç günü əhatə edəcək turun görüşləri oktyabrın 11-də, 12-də və 13-də keçiriləcək. İlk oyun günündə bir, ikinci oyun günündə iki, sonuncu gündə isə üç qarşılaşmanın təşkili nəzərdə tutulub.
İkinci Liqa
7-ci tur
11 oktyabr
“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan”
Ağstafa şəhər stadionu, 15:00.
12 oktyabr
“Difai” – “Şəki”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
“Zəngəzur” – “Şirvan”
Binə qəsəbə stadionu, 15:30.
13 oktyabr
“Şəmkir” – “Hypers”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Dinamo” – “Kür-Araz”
Binə qəsəbə stadionu, 15:00.
“Marafon” – “Ağdaş”
“Marafon Arena”, 15:00.


