Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 6-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Kür-Araz” – “Ağstafa Gəncləri” matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Qaradağ Lökbatan” “Zəngəzur”la ev oyununda 4 cavabsız qolla qalib gəlib. “Şəki” isə “Şəmkir”lə ev oyununda 5 cavabsız qola üzülüb.
6-cı turun qalan görüşləri sabah – oktyabrın 4-də keçiriləcək.
İkinci Liqa
6-cı tur
3 oktyabr
“Qaradağ Lökbatan” – “Zəngəzur” 4:0
Qollar: Əli Əlizadə, 6; 21; 87. Ramil Orucov, 79.
Hakimlər: Sənan Bayramzadə, Təhmin Cəlilbəyli, Samir Cabbarov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Şəki” – “Şəmkir” 0:5
Qollar: Elşən Abdullayev, 24; 39; 67. Ruslan Allahverdiyev, 69. Ülvi Sarıyev, 75.
Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Nurlan Əhmədzadə, Rauf Salamov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Kür-Araz” – “Ağstafa Gəncləri” 2:4
Qollar: Bayram Əliyev, 57; 59 – Cavid İmamverdiyev, 52; 66. Elgün Namazov, 73; 86.
Hakimlər: Mehdi Yusifov, Ruslan Babayev, Cavid Ömərov, İlqar Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
4 oktyabr
“Hypers” – “Marafon”
Hakimlər: Rəsul Babayev, Hüseyn Vəliyev, Tural Bayramov, Rüfət Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Bərdə şəhər stadionu, 15:00.
“Ağdaş” – “Dinamo”
Hakimlər: Nəriman Ağayev, Elvin Mədətov, Ağadur Mahmudov, Elçin Abdullayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağdaş şəhər stadionu, 15:00.
“Şirvan” – “Difai”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Ləman Əmirli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.


