Peşəkar Futbol Liqası (PFL) tərəfindən təşkil edilmiş “Ayın qolu” layihəsi çərçivəsində 2026-cı ilin avqustu ayının qalibi müəyyənləşib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycan Premyer Liqasında avqust ayının ən yaxşı qolunun müəllifi “Sabah”ın futbolçusu Ksander Severina olub. O, Premyer Liqanın 2026/2027-ci illər mövsümünün 1-ci turu çərçivəsində qarşılaşdıqları “Kəpəz”lə ev oyununda komandasının ikinci qoluna imza atmışdı. Bu oyun “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.



