Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Difai” “Zəngəzur”la üz-üzə gələcək. Bakıda keçiriləcək oyunu Murad Səlimov idarə edəcək.
“Marafon” “Dinamo” ilə qarşılaşacaq. Sabirabadda təşkil ediləcək oyunun baş hakimi Səbuhi Bayramov olacaq.
Günün digər görüşü “Şirvan”la “Kür-Araz” arasında keçiriləcək. Qarşılaşmanı Nazim Abdullayev idarə edəcək.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1-ci raunda oktyabrın 9-da yekun vurulacaq.
Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
7 oktyabr
“Qaradağ Lökbatan” – “Şəki” 12:0
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Şəmkir” – “Ağstafa Gəncləri” 1:5
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
8 oktyabr
“Difai” – “Zəngəzur”
Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
“Marafon” – “Dinamo”
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Ruslan Babayev, Nəriman Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Sabirabad. “Marafon Arena”, 14:30.
“Şirvan” – “Kür-Araz”
Hakimlər: Nazim Abdullayev, Məmmədəli Kərimov, Ruslan Məmmədov, Nahid Xasıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
9 oktyabr
“Ağdaş” – “Hypers”
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Ağdaş şəhər stadionu, 14:30.


