La Liqa: “Betis” “Osasuna”nı 5 qolla yendi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.

“Elçe” – “Selta” matçı qolsuz başa çatıb. Dörd qolun qeydə alındığı “Rasinq” – “Valensiya” görüşündə də qalib müəyyənləşməyib. “Real Sosyedad” evdə “Deportivo”ya, “Betis” isə “Osasuna”ya qalib gəlib.

Qeyd edək ki, 8-ci tura oktyabrın 12-də baş tutacaq “Levante” – “Sevilya” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
8-ci tur

9 oktyabr

Malaqa – Espanyol 1:1

10 oktyabr

Rayo Valyekano – Atletik 0:0 (yarıda qalıb)
Alaves – Atletiko 1:2
Barselona – Xetafe 3:0
Real – Vilyarreal 1:0

11 oktyabr

Elçe – Selta 0:0
Real Sosyedad – Deportivo 3:2
Betis – Osasuna 5:2
Rasinq – Valensiya 2:2

12 oktyabr

23:00. Levante – Sevilya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: