“Barselona” 57 illik rekordu təkrarladı

Futbol üzrə İspaniya çempionu “Barselona” La Liqada 2026/2027-ci illər mövsümünə uğurlu start verməklə tarixi nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi çempionatın ilk 9 turunun hamısında qələbə qazanaraq La Liqa tarixində bu göstəriciyə nail olmuş ikinci komanda olub.

Hansi-Diter Flikin rəhbərlik etdiyi kollektiv 9-cu turda səfərdə “Betis”i 5:2 hesabı ilə darmadağın edib. Bununla da “Barsa” mövsümün ilk 9 qarşılaşmasında maksimum nəticə göstərib.

Qeyd edək ki, İspaniya çempionatında bu uğura daha əvvəl yalnız “Real” imza atıb. Madrid klubu 1968/1969 mövsümündə ilk 9 matçının hamısında qalib gələrək tarixə düşüb. Beləliklə, “Barselona” 57 ildən sonra bu göstəricini təkrarlayıb.

Kataloniya klubunun hücum xətti də yüksək məhsuldarlığı ilə diqqət çəkir. “Barsa” La Liqanın ilk 9 turunda rəqib qapılarına 39 qol vurub. Bu, turnirin tarixində həmin mərhələ üçün ikinci ən yaxşı nəticədir.

Rekord isə “Sevilya”ya məxsusdur. Əndəlus təmsilçisi 1940/1941-ci illər mövsümündə çempionatın ilk 9 turunda 42 dəfə fərqlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: