Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Lids” – “Mançester Yunayted” matçında qalib müəyyənləşməyib. “Bornmut” “Sanderlend”i, “Brayton” da “Kristal Pelas”ı məğlub yola salıb. “Nottingem Forest”in qonağı olmuş son çempion “Arsenal” da turu qələbə ilə başa vurub.
7-ci tura oktyabrın 19-da keçiriləcək “Tottenhem” – “Koventri Siti” matçı ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
7-ci tur
17 oktyabr
Everton – Çelsi 0:2
Brentford – Liverpul 1:2
Fulhem – Hall Siti 1:0
Mançester Siti – İpsviç Taun 3:2
Nyukasl – Aston Villa 0:1
18 oktyabr
Bornmut – Sanderlend 2:0
Brayton – Kristal Pelas 5:0
Lids – Mançester Yunayted 1:1
Nottingem Forest – Arsenal 0:1
19 oktyabr
23:00. Tottenhem – Koventri Siti


