Arteta: “Səviyyəmiz daim yüksəlir, yalnız irəli gedirik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 7-ci turunda “Nottingem Forest”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların ötən gün baş tutmuş görüşü “topçular”ın 1:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

İspaniyalı mütəxəssis komandasının inkişafından razı qaldığını və daha böyük hədəflərə doğru irəlilədiyini bildirib:

“Bu görüşdə “Lill”lə oyundakından tamamilə fərqli çıxış etdik. Münhendəki qarşılaşma isə tamam başqa ssenari üzrə keçəcək.

Dünya çempionatından sonra keçirdiyimiz 11 oyunun 10-da qələbə qazanmışıq. Düşünürəm ki, bu nəticə əla mövqedə olduğumuzu və iddialarımızın yüksək səviyyədə qaldığını açıq şəkildə göstərir. Səviyyəmiz daim yüksəlir, yalnız irəli gedirik və bundan sonra da yeni sürprizlər etməyə davam edəcəyik”, – deyə Arteta klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: