Azərbaycanın U-21 millisinin cinah hücumçusu Murad Məmmədov Kiprin “Pafos” komandasının növbəti çempionat matçını da buraxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Cənubi Kipr Liqasının 2026/2027-ci illər mövsümünün 6-cı turu çərçivəsində APOEL-lə qarşılaşıb.
“Pafos” doğma meydanda baş tutmuş bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0. Hazırda zədəli olan Murad bu matçın iştirakçısı olmayıb. 20 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Məmmədovun komandası 6 turdan sonra 11 xalla 5-ci pillədə qərarlaşıb. “Pafos” 6 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Murad Məmmədov bu ilin yayında qoşulduğu “Pafos”un heyətində 3 rəsmi matçda forma geyinib, 1 qol vurub.
“Pafos” “Neftçi”nin yetirməsi olan 20 yaşlı azərbaycanlı futbolçunu 2026-cı ilin yayında azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.


