AFFA Hüseynovu 4 oyunluq cəzalandırdı, “Sumqayıt”ı…

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 6-cı turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 6-cı tur

“Turan Tovuz-2” – “Zirə-2” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz komandası 70 manat cərimə edilib.

“Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Şamaxı”da 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyunun 86-cı dəqiqəsində “Şamaxı”nın futbolçusu Ceyhun Bağırzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şamaxı” buna görə 50 manat cərimə edilib. Oyunun 90+2-ci dəqiqəsində “Şamaxı”nın futbolçusu Nicat Qaragözlü təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Şamaxı” buna görə 300 manat cərimə ödəyəcək.

“Qəbələ-2” – “Neftçi-2” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.

“Qarabağ-2” – “Şəfa-2” oyunu təhlükəsizlik nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə Ağdam komandası 200 manat cərimə edilib.

“Kəpəz-2” – “Sumqayıt-2” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə Gəncə komandası 200 manat cərimə edilib. Oyunun 90+2-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Mirəli Hüseynov hakimin qərarına etiraza görə ikinci sarı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 1000 manat cərimə ödəyəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: