Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 10-cu turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
10-cu turun görüşləri üç günü əhatə edəcək. Qarşılaşmalar noyabrın 8-də, 9-da və 10-da keçiriləcək. İlk oyun günündə 1, ikinci oyun günündə 3, sonuncu gündə isə 2 görüş baş tutacaq.
İkinci Liqa
10-cu tur
8 noyabr
“Şəmkir” – “Ağstafa Gəncləri”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
9 noyabr
“Şirvan” – “Marafon”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Hypers” – “Kür-Araz”
Bərdə şəhər stadionu, 15:00.
“Qaradağ Lökbatan” – “Ağdaş”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
10 noyabr
“Şəki” – “Dinamo”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Difai” – “Zəngəzur”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.


