AFFA “Ağdaş”ın rəhbərini, “Şirvan”ın baş məşqçisini cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, İkinci Liqanın 8-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 8-ci tur

“Hypers” – “Ağdaş” oyununun 76-cı dəqiqəsində “Hypers”in futbolçusu Ramin Məhərrəmov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Hypers” buna görə 50 manat cərimə edilib. “Ağdaş”ın 6 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Ağdaş”ın rəhbəri Ruslan Hüseynov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb. “Ağdaş” buna görə də 1000 manat cərimə edilib.

“Şirvan” – “Ağstafa Gəncləri” oyununda “Şirvan”da 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyunun 85-ci dəqiqəsində “Şirvan”ın baş məşqçisi Pərviz Bayramov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şirvan” buna görə 250 manat cərimə edilib. “Ağstafa Gəncləri” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə sözügedən klub 150 manat cərimə edilib.

“Kür-Araz” – “Marafon” oyununda “Kür-Araz” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə sözügedən klub 150 manat cərimə edilib.

“Şəmkir” – “Difai” oyununda “Şəmkir”də 6 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyunun 88-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Şəmkir” komandası 300 manat cərimə edilib. Oyunda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Şəmkir” 250 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəmkir” 200 manat cərimə edilib. “Difai”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə ödəyəcək.

“Şəki” – “Zəngəzur” oyununda “Zəngəzur”un 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. “Zəngəzur” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 150 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Dinamo” oyununun 70-ci dəqiqəsində “Dinamo”nun futbolçusu Valeh Seyidov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra yenidən rəqibə təcavüzkar davranış etdiyinə görə 4 oyunluq cəza alıb. “Dinamo” buna görə 300 manat cərimə ödəyəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: