Super Liqa: “Xilasedici” yeni mövsümə qələbə ilə başladı

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 1-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, ilk turun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun sonuncu qarşılaşması bu gün Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib. Görüşdə “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gəliblər. Qarşılaşma “Xilasedici” komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, ötən gün baş tutmuş ilk turun digər oyunlarında “Azərreyl” “Gənclər”i, “Ordu” isə “Murov”u 3:0 hesabıyla məğlub etmişdi.

Beləliklə, “Xilasedici”, “Azərreyl” və “Ordu” komandaları çempionata qələbə ilə başlayıblar.

Qeyd edək ki, Azərbaycan çempionatında 2-ci turun oyunları oktyabrın 28-də keçiriləcək. Növbəti turun qarşılaşmalarının təqvimi ilə bağlı əlavə məlumat veriləcək.

Super Liqa (kişilər)
1-ci tur

24 oktyabr

“Xilasedici” – “Neftçi” 3:1 (28:26, 26:24, 23:25, 25:14)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: