Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Əvvəlki bütün oyunlarından qalib ayrılmış “Mançester Siti” bu dəfə “Aston Villa” ilə səfər oyununda məğlub olaraq ilk dəfə meydanı xalsız tərk edib. “Çelsi” doğma meydanda “Tottenhem”ə, “Koventri Siti” isə “Fulhem”ə məğlub olub. Son çempion “Arsenal” “Everton”la ev oyunundan inamlı qələbə ilə ayrılaraq lider “Mançester Siti”yə şərik olub.
Qeyd edək ki, 8-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
8-ci tur
23 oktyabr
İpsviç Taun – Nottingem Forest 1:1
24 oktyabr
Aston Villa – Mançester Siti 2:1
Arsenal – Everton 2:0
Koventri Siti – Fulhem 0:1
Çelsi – Tottenhem 0:2
25 oktyabr
18:00. Kristal Pelas – Nyukasl
18:00. Hall Siti – Brentford
18:00. Liverpul – Brayton
18:00. Mançester Yunayted – Bornmut
20:30. Sanderlend – Lids


