Super Liqa: “Amedspor” “Samsunspor”a da qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Eyüpspor” doğma meydanda “Kasımpaşa”ya, “Qaziantep” “Ərzurumspor”a, “Samsunspor” isə “Amedspor”a məğlub olub.

Qeyd edək ki, 9-cu turun qalan görüşləri oktyabrın 25-də və 26-da baş tutacaq.

Türkiyə, Super Liqa
9-cu tur

23 oktyabr

Alanyaspor – Kocaelispor 1:2

24 oktyabr

Eyüpspor – Kasımpaşa 0:1
Qaziantep – Ərzurumspor 1:3
Samsunspor – Amedspor 1:2

25 oktyabr

17:00. Konyaspor – Gənclərbirliyi
20:00. Göztəpə – Çorum

26 oktyabr

20:00. Beşiktaş – Başakşəhər
20:00. Rizəspor – Trabzonspor
22:30. Qalatasaray – Fənərbağça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: