“Bayern”in qapıçısı Manuel Noyer Almaniya Bundesliqasının 7-ci turunda “Frayburq”a qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı qapıçının qarşılaşmanı buraxmasına səbəb ayağındakı vətər iltihabının davam etməsidir. Klubun tibbi heyəti təcrübəli qapıçının bu qarşılaşmada forma geyinməsinə icazə verməyib.
Xatıırladaq ki, Manuel Noyer cari mövsümdə “Bayern”in heyətində 7 oyunda meydana çıxıb. Almaniyalı qolkiper bu görüşlərdə 6 qol buraxıb və 3 matçda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, “Frayburq” – “Bayern” qarşılaşması bu gün, oktyabrın 25-də keçiriləcək. Görüşə Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.
Münhen təmsilçisinə bu oyunda baş məşqçisi Vensan Kompani rəhbərlik etməyəcək. Noyerdən öncə belçikalı mütəxəssisin də səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirildiyi açıqlanmışdı.


