Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi başlayır

Bu gün keçiriləcək oyunlarla futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutacaq.

Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan” Şamaxıda “Şimal”la üz-üzə gələcək. Eyni saatda “Marafon” – “Zaqatala” matçı da start götürəcək.

Günün digər oyunlarında “Sumqayıt” “Kür-Araz”la, “Qəbələ” “Mingəçevir”lə qarşılaşacaq. Bu oyunların start fiti isə saat 17:00-da səslənəcək. Saat 18:00-da isə “Səbail” – “Zirə” matçına start veriləcək.

Azərbaycan Kubokunda 2-ci raundun qalan oyunları oktyabrın 28-də və 29-da keçiriləcək.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

27 oktyabr

“Şimal” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 14:00.

“Marafon” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Marafon Arena”, 14:00.

“Kür-Araz” – “Sumqayıt”
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Sumqayıt Arena”, 17:00.

“Qəbələ” – “Mingəçevir”
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu, 17:00.

“Səbail” – “Zirə”
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Masazır Arena”, 18:00.

28 oktyabr

“İmişli” – “Qaradağ Lökbatan”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 14:00.

MOİK – “Şahdağ Qusar”
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

“Hypers” – “Şamaxı”
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu, 14:00.

“Şəfa” – “Ağstafa Gəncləri”
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Sumqayıt Arena”, 16:00.

“Kəpəz” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu, 19:00.

29 oktyabr

“Xankəndi” – “Gəncəbasar”
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00 .

“Zəngəzur” – “Karvan Yevlax”
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: