Bu gün keçirilmiş oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 5-ci turuna start verilib.
Arena.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçirilib.
Bakı İdman Sarayında baş tutmuş görüşdə “Naxçıvan” və “Ordu” komandaları üz-üzə gəliblər. Görüş qonaqların 84:76 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində Tayler Conson 27 xalla matçın ən məhsuldar basketbolçusu olub.
Qeyd edək ki, turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək. Oktyabrın 31-də “Neftçi” – “Landau Lions”, noyabrın 1-də isə “Gəncə” – NTD və “Sumqayıt” – “Sabah” qarşılaşmaları baş tutacaq.
Azərbaycan Basketbol Liqası
5-ci tur
30 oktyabr
“Naxçıvan” – “Ordu” – 76:84 (13:23, 20:14, 17:21, 26:26)
31 oktyabr
14:30. “Neftçi” – “Landau Lions”
1 noyabr
14:00. “Gəncə” – “NTD”
14:00. “Sumqayıt” – “Sabah”
ABL-in yarış cədvəlində hazırda vəziyyət belədir:
- “Naxçıvan” – 7
- “Ordu” – 6
- “Neftçi” – 6
- “Landau Lions” – 5
- “Sabah” – 5
- “Sumqayıt” – 5
- “Gəncə” – 4
- NTD – 4


