Hazırda azad agent statusunda olan argentinalı hücumçu Mauro İkardi sabiq klubu “İnter”ə qayıtmaq arzusunda olduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu “Repubblica” nəşrinə müsahibəsində Milanda keçirdiyi illərin onun həm futbolçu, həm də şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını bildirib:
“İnter”ə qayıtmaq xüsusi bir hadisə olardı. Orada inanılmaz illər keçirdim. Kapitan sarğısı da xarakterimin formalaşmasında mühüm rol oynadı”, – deyə İkardi vurğulayıb.
Xatırladaq ki, Mauro İkardi 2013-2020-ci illərdə “İnter”in formasını geyinib və komandanın kapitanı olub. O, 2023-cü ildə Türkiyənin “Qalatasaray” klubuna keçib. Hazırda argentinalı hücumçu İstanbul klubu ilə yollarını ayırdıqdan sonra azad agent statusundadır. Təcrübəli futbolçunun karyerasını harada davam etdirəcəyi maraqla gözlənilir.


