Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, bu gün baş tutmuş sonuncu oyunda “Kəpəz” “İmişli” ilə üz-üzə gəlib.
Gəncə şəhər stadionunda təşkil edilmiş oyunu Elçin Məsiyev idarə edib. Qarşılaşmanın taleyini bir qol həll edib. Yekunda Gəncə təmsilçisi 3 xalı bayram edib.
Premyer Liqa
10-cu tur
1 noyabr
“Kəpəz” – “İmişli” 1:0
Qol: Namiq Ələsgərov, 77.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Gəncə şəhər stadionu, 17:30.
Kəpəz: 1. Rojerio Santos, 34. Ürfan Abbasov (k), 10. Rəhman Hacıyev, 8. Şakir Seyidov, 66. David Domqyoni, 11. Viktor Stina, 33. Benito, 3. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 6. Vadim Abdullayev, 7. Namiq Ələsgərov, 99. Əli Səmədov, 20. Rafael Məhərrəmli, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 23. Raul İsaqov, 9. Kennet Kalunqa.
Baş məşqçi: Azər Məmmədov.
İmişli: 1. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 17. Seyxan Fərəcov, 13. Rafael Vyeqas, 21. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 10. Dioqo Kardozo.
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 70. Mehdi Tahirov, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 33. Əkbər Eyubov, 30. Xəlil Mürsəlli, 6. Yav Mozes, 8. Xuan Hernandes, 42. Sebai Senin.
Məşqçi: Ervin Perkon.


