Əvəzedicilər: “Qarabağ” “Neftçi”yə məğlub oldu

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 8-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Qarabağ” və “Neftçi”nin ikinci komandaları üz-üzə gəliblər. Ağdam təmsilçisi bu görüşdə 2 cavabsız qolla məğlub olub.

Qeyd edək ki, 8-ci turun qalan görüşləri noyabrın 2-də keçiriləcək.

Əvəzedicilər Liqası
8-ci tur

30 oktyabr

“Qəbələ-2” – “Sabah-2” 1:0
Qol: Daniel Eşimoxay, 37.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rüfət Əhmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu (ehtiyat menydança), 14:00.

“Şamaxı-2” – “Şəfa-2” 2:4
Qollar: Fərid Quliyev, 13. İsmayıl Səməndərli, 74 – Murad Mustafayev, 25. Natiq Ağamalıyev, 89. Aslan Hüseynov, 90+1. Nicat Quliyev, 90+2.
Hakimlər: Pərviz İbrahimov, Safalı Ağayev, Elvin Mədətov, Rauf Salamov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu, 14:00.

31 oktyabr

“Kəpəz-2” – “Zirə-2” 0:0
Hakimlər: Niyaz Əhmədov, Taleh Məmmədov, Ağadur Mahmudov, Elçin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.

“Turan Tovuz-2” – “İmişli-2” 3:3
Qollar: Nihat Qurbanzadə, 14; 24. Sadiq Şəfiyev, 25 – Əli İslamov, 2. Luis Silvestr, 8. Fərid Şahhüseyni, 74.
Hakimlər: Mahmud Bağırzadə, Qəzənfər Məmmədov, Rəşad Quliyev, İlqar Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 14:00.

“Sumqayıt-2” – “Araz-Naxçıvan-2” 0:1
Qol: İbrahim Piriyev, 57.
Hakimlər: Ceyhun Hüseynov, Samir Qaracayev, Samir Cabbarov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

2 noyabr

“Qarabağ-2” – “Neftçi-2” 0:2
Qollar: Adama Diarra, 58. Elcan Əbilov, 78.
Hakimlər: Nazim Abdullayev, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: