19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) Bakıda təşkil edilmiş təlim-məşq toplanışını davam etdirir.
Arena.az xəbər verir ki, komandamız hazırlıq prosesini noyabrın 8-dək paytaxtda keçirdikdən sonra Serbiyaya yollanacaq.
Yığmamız noyabrın 9-dan 18-nə qədər Serbiyada təşkil olunacaq U-19 Avropa çempionatının 2-ci seçmə mərhələsində iştirak edəcək. Milli komandamız qrup mərhələsində noyabrın 11-də Monteneqro, noyabrın 14-də Serbiya, noyabrın 17-də isə Farer adaları ilə qarşılaşacaq.
Qarşılaşmaların təqvimi belədir:
11 noyabr
Azərbaycan – Monteneqro
Vojdovaç stadionu, Belqrad
14:00 (Bakı vaxtı).
14 noyabr
Serbiya – Azərbaycan
“Mladost” İdman Kompleksi, Pançevo.
19:00 (Bakı vaxtı).
17 noyabr
Farer adaları – Azərbaycan
Vojdovaç stadionu, Belqrad
19:00 (Bakı vaxtı).
Milli komandamızın bu toplanış üçün heyətini təqdim edirik:
- Rauf Əyyubov – Sabah
- Nurəziz Əzizov – Neftçi
- Məhdi Həsənov – Neftçi
- Tuncay Əhmədov – Sabah
- Əlibəy Mahmudov – Sabah
- Rəşad Gülüşov – Sabah
- Müseyib Bəşirov – Qəbələ
- Emir Fətiyev – Sumqayıt
- Rəvan Teymurov – Qarabağ
- Məhəmməd Çodarov – Sabah
- Amin Rzayev – Qarabağ
- Əhməd Vəliyev – Qarabağ
- Abdulaziz Cabbarlı – Qarabağ
- Əli Qazıbəyov – Qarabağ
- Elvin Vəliyev – Neftçi
- Əhliman Süleymanzadə – Zirə
- Mustafa Kamara – Sent Trüden (Belçika)
- Əli Əliyev – Qarabağ
- Vüsal Kərimov – Neftçi
- Ümid Səlimov – Sabah
- Əli İbrahim – Qarabağ


