Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev Ağdam klubunun heyətində 100-cü Premyer Liqa matçına çıxıb.
Arena.az bu barədə Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.
Onun yubileyi “Turan Tovuz”la ev oyununa təsadüf edib. Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 11-ci turunda qolkiperin komandası 0:1 hesabı ilə uduzub.
Şahruddin “Qarabağ”da 2016/2017-ci illər mövsümündə debüt edib. O, Ağdam klubunda keçirdiyi 11 mövsümdə bütövlükdə 153 oyuna çıxıb, 103 qol buraxıb, 77 matçda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Məhəmədəliyev turnirin tarixində eyni komandada 100 və daha çox oyun keçirən 218-ci futbolçu olub. O, daha öncə Azərbaycanda “Sumqayıt”ın, Türkiyədə “Adana Dəmirspor”un da uğurları üçün çalışıb.
“Şah” 2020-ci ildə debüt etdiyi Azərbaycan milli komandasının heyətində də 36 oyun keçirib.


