İkinci Liqa: “Şəmkir” “Ağstafa Gəncləri”nə məğlub oldu

Bu gün keçirilmiş oyunla futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 10-cu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Şəmkir” “Ağstafa Gəncləri” ilə üz-üzə gəlib. Oyun Ağstafa təmsilçisinin qələbəsi ilə başa çatıb.

Turun qalan görüşləri noyabrın 9-da və 10-da keçiriləcək.

İkinci Liqa
10-cu tur

8 noyabr

“Şəmkir” – “Ağstafa Gəncləri” 0:1
Qol: Elçin Qasımov, 78.
Hakimlər: Nəriman Ağayev, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Pərviz İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

9 noyabr

“Şirvan” – “Marafon”
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Mehdi Yusifov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Hypers” – “Kür-Araz”
Hakimlər: Nahid Xasıyev, Ruslan Məmmədov, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bərdə şəhər stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Ağdaş”
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Hüseyn Vəliyev, Ləman Əmirli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

10 noyabr

“Difai” – “Zəngəzur”
Hakimlər: Kamil Aydınov, Təhmin Cəlilbəyli, Samir Cabbarov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Şəki” – “Dinamo”
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Musayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: