17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Avropa çempionatının seçmə mərhələsinin ilk raundu üçün heyəti açıqlanıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, millimiz Avropa çempionatının 2026/2027-ci illər mövsümünün seçmə mərhələsinin 1-ci raundunda mübarizə aparacaq. 21 futbolçudan ibarət milli komandamız noyabrın 9-dan 19-na qədər Almaniyanın Frankfurt şəhərində olacaq.
Qeyd edək ki, U-17 millimiz AÇ-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Bakı vaxtı ilə saat 14:00-da Almaniya, noyabrın 14-də saat 19:30-da Şimali İrlandiya, noyabrın 17-də saat 14:00-da isə Litva yığması ilə qarşılaşacaq. İlk iki oyun “DFB Kampus”da, sonuncu görüş isə “Nidda-Sportfeld”də keçiriləcək.
Azərbaycan millisinin seçmə mərhələdə iştirak edəcək 21 nəfərlik heyətini təqdim edirik:
- Oqtay Mehrəliyev – Klubsuz
- Bilal Hacıyev – Qarabağ
- Ülvi Abbaslı – Sumqayıt
- Vaqif Nəbiyev – Qarabağ
- Cihad Sadıqov – Sabah
- Ruslan Quliyev – Neftçi
- Turan Ramazanov – Turan Tovuz
- Emil Quliyev – Neftçi
- Tunar Bayramov – Qarabağ
- Vaqif Məmmədli – Sabah
- Nicat Əhmədzadə – Marset (İspaniya)
- Əhəd Hacızadə – Qarabağ
- Yusif Orucəliyev – Qarabağ
- Şikar Şikar – Neftçi
- Tunar Əsgərzadə – Qarabağ
- Rəsul Balakişiyev – İmişli
- Sübhan Əlizadə – Neftçi
- Qafar Babayev – Neftçi
- Nazim Əliyev – Qrafiçar (Serbiya)
- Yusif Quliyev – Qarabağ
- Daniil Rəcəbov – Qarabağ


