Azərbaycan yığmasının mərkəz müdafiəçisi Anton Krivotsyuk Lixtenşteynlə oyundan öncə milli komandanın heyətindən çıxarılıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Millimiz bu gün UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Lixtenşteyn yığmasının qonağı olacaq. Bu oyundan öncə millimizin heyətində dəyişiklik edilib.
23 nəfərlik heyətə daxil edilmiş Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən millinin heyətindən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Lixtenşteyn yığması ilə qarşılaşacaq. “Reynpark” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
Krivotsyuk hazırda Cənubi Koreyanın “Daejeon” klubunda çıxış edir. 28 yaşlı futbolçu 2019-cu ildən formasını geyindiyi millimizin heyətində 48 oyuna çıxıb, 1 qola imza atıb.


