Roberto De Zerbi – Premyer Liqada oktyabrın ən yaxşı məşqçisi!

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi futbol üzrə İngiltərə Premyer Liqasında 2026-cı ilin oktyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssisin rəhbərlik etdiyi London klubu ötən ay keçirdiyi 4 oyunda məğlubiyyət üzü görməyib. “Tottenhem” əvvəlcə doğma meydanda “Koventri Siti”ni 3:1 hesabı ilə məğlub edib. Ardınca “Çelsi” üzərində 2:0 hesablı qələbə qazanan paytaxt təmsilçisi, “Kristal Pelas”ı da eyni hesabla üstələyib. Komanda ayın son qarşılaşmasında isə “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçə edib.

Beləliklə, “Tottenhem” De Zerbinin rəhbərliyi altında oktyabr ayında 3 qələbə və 1 heç-heçə əldə edib. Bu nəticələr italiyalı çalışdırıcının Premyer Liqada ayın ən yaxşı məşqçisi seçilməsinə imkan verib.

Xatırladaq ki, Roberto De Zerbi bu ilin mart ayından “Tottenhem”ə rəhbərlik edir.

London təmsilçisi 10 turdan sonra 12 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: