“Mançester Yunayted” Poçettino üçün 12 milyon təzminat ödəyib

İngiltərənin “Mançester Yunayted” klubu Maurisio Poçettinonu baş məşqçi vəzifəsinə gətirmək üçün 12 milyon dollar xərcləyib.

Arena.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Mənbənin məlumatına görə, Mançester klubu 54 yaşlı argentinalı mütəxəssisin ABŞ Futbol Federasiyası ilə müqaviləsinə xitam vermək üçün 10 milyon dollar ödəyib. Bundan əlavə, “Mançester Yunayted” Poçettinonun məşqçilər korpusunun cəlb olunmasına daha 2 milyon dollar ayırıb.

Qeyd edək ki, MY bu gün Poçettinonun baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb. Argentinalı mütəxəssis yeni vəzifəsinin icrasına noyabrın 18-dən başlayacaq.

Bundan əvvəl Mançester təmsilçisinin baş məşqçisi Maykl Karrik istefaya göndərilib. Bu qərar komandanın qeyri-qənaətbəxş nəticələri ilə əlaqədar qəbul olunub.

“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının 10 turundan sonra cəmi 8 xalla turnir cədvəlinin autsayderlər zonasındadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: