Azərbaycan millisi Vadutsda qalib gəldi, qrup birincisi oldu

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün qrup mərhələsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, D Liqasında mübarizə aparan millimiz 2-ci qrupdakı sonuncu – dördüncü sınağında Lixtenşteyn yığmasının qonağı olub.

Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz bu turnirdə bundan əvvəl üç qarşılaşma keçirmişdi. Komandamız səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib, Bakıda həmin rəqib üzərində 1:0 hesablı qələbə qazanmışdı. Komandamız Lixtenşteynlə ilk görüşdə isə qolsuz heç-heçə etmişdi.

Bu nəticələrdən sonra Azərbaycan 5 xalla 2-ci qrupda lider idi. Litvanın 4, Lixtenşteynin isə 1 xalı vardı. Azərbaycan millisi son turda məğlub olmadığı halda qrupdakı mövqeyini qoruyacaqdı.

Qeyd edək ki, Azərbaycan yığması üçün bu qarşılaşma qrup mərhələsinin yekun oyunu idi. Komandamız həm liderliyini qorumaq, həm də UEFA Millətlər Liqasındakı çıxışını qələbə ilə başa vurmaq üçün meydana çıxmışdı. Səfərdə minimal hesabla qalib gəlmiş komandamız əsas vəzifəsinin öhdəsindən gəlməyi bacarıb.

UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup

13 noyabr

Lixtenşteyn – Azərbaycan 0:1
Qol: Mahir Emreli, 26.
Baş hakim: Kristo Tohver (Estoniya).
Vaduts, “Reynpark” stadionu.

Lixtenşteyn: 1. Benjamin Büxel (k), 3. Maks Göppel, 5. Severin Şlegel, 7. Fabio Luke-Notaro, 8. Aron Sele, 10. Marsel Büxel, 11. Alessandro Lo Russo, 14. Livio Meyer, 19. Emanuel Zünd, 20. Nikolas Hasler, 23. Yens Hofer.
Ehtiyat oyunçular: 12. Yustin Ospelt, 21. Tim-Tyado Oehri, 2. Niklas Bek, 4. Filipp Ospelt, 6. Andreas Malin, 9. Ferhat Sağlam, 13. Yonas Abidi, 15. Andrin Netser, 16. Bruno Poitner, 17. Liam Krans, 18. Manuel Mikus, 22. Florian Allqauer.
Baş məşqçi: Konrad Fünfştük.

Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 15. Bədavi Hüseynov (k), 18. Oruc Məmmədov, 20. Aleksey İsayev, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Aydın Bayramov, 8. Emin Mahmudov, 9. Musa Qurbanlı, 11. Xəyal Əliyev, 13. Eşqin Əhmədov, 14. Elvin Bədəlov, 16. Emil Mustafayev, 17. Tellur Mütəllimov, 19. Rüfət Abdullazadə, 22. Ağadadaş Salyanski.
Baş məşqçi: Ayxan Abbasov.

№ Komanda O Q H M Toplar TF Xal
1 Azərbaycan 4 2 2 0 3:1 +2 8
2 Litva 3 1 1 1 3:2 +1 4
3 Lixtenşteyn 3 0 1 2 0:3 -3 1
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: