Qadın voleybolçuların Azərbaycan çempionatında (Super Liqa) 2-ci turun oyunları, eləcə də 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, ilk turdan təxirə salınmış oyunda UNEC “DH Volley”lə qarşılaşıb.
UNEC-in idman zalında baş tutmuş oyunda “DH Volley” komandası 3:0 hesabı ilə qələbə qazanıb.
2-ci tur çərçivəsində Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərreyl” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər.
Oyun “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Gəncə” isə 2-ci turda “Naxçıvan”la üz-üzə gəlib. Gəncə İdman Sarayında keçirilmiş oyun Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu, naxçıvanlıların yeni mövsümdə ardıcıl ikinci qələbəsidir.
Qeyd edək ki, qadın voleybolçuların yarışında növbəti oyun noyabrın 16-da keçiriləcək.
Super Liqa
1-ci turdan təxirə salınmış oyun
UNEC – “DH Volley” 0:3 (24:26, 12:25, 15:25)
2-ci tur
“Azərreyl” – “Milli Aviasiya Akademiyası” 3:0 (25:20, 25:22, 25:23)
“Gəncə” – “Naxçıvan” 2:3 (29:27, 17:25, 9:25, 25:18, 8:15)


