Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 13-cü turunun oyun cədvəli müəyyənləşib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
13-cü turun görüşləri üç günü əhatə edəcək. İlk oyun günündə (28 noyabr) bir qarşılaşma baş tutacaq. Noyabrın 29-da üç, ayın 30-da isə iki görüş təşkil ediləcək.
İkinci Liqa
13-cü tur
28 noyabr
“Hypers” – “Şirvan”
Bərdə şəhər stadionu, 14:30.
29 noyabr
“Kür-Araz” – “Şəmkir”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.
“Qaradağ Lökbatan” – “Şəki”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Marafon” – “Zəngəzur”
“Marafon Arena”, 14:30.
30 noyabr
“Dinamo” – “Ağstafa Gəncləri”
Binə qəsəbə stadionu, 14:00.
“Ağdaş” – “Difai”
Ağdaş şəhər stadionu, 14:00.


