Super Liqa: “Beşiktaş” 4, “Trabzonspor” 1 qolla sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də dörd qarşılaşma baş tutub.

“Ərzurumspor” doğma meydanda “Göztəpə”yə, “Konyaspor” isə “Beşiktaş”a məğlub olub. Üç qolun qeydə alındığı “Kasımpaşa” – “Alanyaspor” görüşündə meydan sahibləri qələbə qazanıblar. “Trabzonspor” da “Eyüpspor”la ev oyununda 3 xalı tək qolla qazanıb.

12-ci tura noyabrın 23-də keçiriləcək “Başakşəhər” – “Çorum” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
12-ci tur

21 noyabr

Gənclərbirliyi – Qaziantep 1:0
Amedspor – Rizəspor 0:2
Qalatasaray – Samsunspor 2:1
Kocaelispor – Fənərbağça 2:2

22 noyabr

Ərzurumspor – Göztəpə 0:1
Kasımpaşa – Alanyaspor 2:1
Konyaspor – Beşiktaş 2:4
Trabzonspor – Eyüpspor 1:0

23 noyabr

21:00. Başakşəhər – Çorum

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: