Bu gün keçirilmiş oyunlarla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 11-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Loryan” – “Renn” matçında qalib müəyyənləşməyib. “Paris” doğma meydanda “Anje”ni 4 cavabsız qolla yenib. Marsel “Olimpik”i isə evdə “Le Man”a məğlub olub.
Beləliklə, 11 turdan sonra 26 xala malik PSJ vahid liderdir. “Paris” 23 xalla ikinci, “Lill” 21 xalla üçüncü pillədə qərarlaşıb. Lion “Olimpik”inin 20, Marsel “Olimpik”inin 18 xalı var.
Fransa, Liqa 1
11-ci tur
20 noyabr
Trua – Havr 3:1
21 noyabr
Nitsa – PSJ 2:3
Lans – Tuluza 1:1
Lill – Olimpik (Lion) 0:1
Monako – Oser 1:1
Strasburq – Brest 0:1
22 noyabr
Paris – Anje 4:0
Loryan – Renn 1:1
Olimpik (Marsel) – Le Man 2:3


