Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.
Son çempion və lider “Barselona” evdə “Vilyarreal”a, “Rasinq” isə “Real Sosyedad”a oxşar hesabla (3:2) qalib gəlib. “Osasuna” da “Malaqa”nı xalsız yola salıb. “Xetafe”nin qonağı olmuş “Atletiko” isə 3 xalı 3 cavabsız qolla qazanıb.
Xatırladaq ki, “Barselona”nı qarşıda Azərbaycan çempionu “Sabah”la UEFA Çempionlar Liqasının Liqa mərhələsinin səfər oyunu (25 noyabr) gözləyir.
Qeyd edək ki, 13-cü tura noyabrın 23-də keçiriləcək “Levante” – “Elçe” oyunu ilə yekun vurulacaq.
İspaniya, La Liqa
13-cü tur
20 noyabr
Atletik – Espanyol 0:1
21 noyabr
Alaves – Deportivo 3:1
Rayo Valyekano – Valensiya 0:1
Sevilya – Betis 1:1
Real – Selta 2:1
22 noyabr
Barselona – Vilyarreal 3:2
Rasinq – Real Sosyedad 3:2
Osasuna – Malaqa 1:0
Xetafe – Atletiko 0:3
23 noyabr
00:00. Levante – Elçe


