Futbol üzrə Fransa millisinin və PSJ-nin hücumçusu Dezire Due sağ dizinin ön çarpaz bağlarının qopması ilə bağlı ilk açıqlamasını verib.
Arena.az xəbər verir ki, 21 yaşlı fransalı vinger azarkeşlərə dəstəklərinə görə təşəkkür edib.
O, zədədən daha güclü qayıdacağına əmin olduğunu bildirib:
“Bu, asan məqam deyil. Zədəyə görə kədərliyəm. Amma daha güclü qayıdacağıma əminəm. Bu, yeni sınaq və daha yaxşı olmaq üçün yeni fürsətdir. Mənə göstərdiyiniz dəstəyə və sevgiyə görə hər kəsə təşəkkür edirəm. İnancımı itirmirəm!” – deyə Due sosial şəbəkədə yazıb.
Xatırladaq ki, Dezire Due Fransa çempionatının 11-ci turunda “Nitsa” ilə səfər matçında (3:2) ağır zədə alıb. İlk hissənin sonlarında rəqiblə təmas olmadan yerə yıxılan Due meydanı xərəkdə tərk edib.
PSJ futbolçunun əməliyyatının noyabrın sonunda keçiriləcəyini açıqlayıb. Bundan sonra onu uzunmüddətli bərpa prosesi gözləyir. Futbolçunun təxminən 9 ay oynamayacağı bildirilir.


