Super Liqa: “Başakşəhər” “Çorum”u xalsız yola saldı

Bu gün keçirilmiş oyunla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Başakşəhər” doğma meydanda “Çorum”la üz-üzə gəlib. Altı qolun qeydə alındığı görüş meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Beləliklə, 12 turdan sonra 31 xala malik “Qalatasaray” vahid liderdir. “Trabzonspor” 28 xalla ikinci, “Beşiktaş” 25 xalla üçüncü pillədə qərarlaşıb. “Amedspor”la “Kasımpaşa” 23, “Fənərbağça”, “Başakşəhər” və “Kocaelispor” isə 20 xal toplayıblar.

Türkiyə, Super Liqa
12-ci tur

21 noyabr

Gənclərbirliyi – Qaziantep 1:0
Amedspor – Rizəspor 0:2
Qalatasaray – Samsunspor 2:1
Kocaelispor – Fənərbağça 2:2

22 noyabr

Ərzurumspor – Göztəpə 0:1
Kasımpaşa – Alanyaspor 2:1
Konyaspor – Beşiktaş 2:4
Trabzonspor – Eyüpspor 1:0

23 noyabr

Başakşəhər – Çorum 4:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: